Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur | 1news.az | Xəbərlər
Siyasət

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

First News Media13:06 - Bu gün
Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur.

1news.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Azərbaycan və Çin prokurorluqları arasında anlaşma memorandumunun imzalanması mərasimində deyib.

O bildirib ki, əməkdaşlığın daha da effektiv və səmərəli olması, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi üçün bütün imkanlardan istifadə edilir.

Baş prokuror hər iki ölkədə prokurorluq orqanlarının hüquq-mühafizə sahəsində mühüm əlaqələndirici rola malik olduğunu vurğulayıb.

K.Əliyev qeyd edib ki, Azərbaycan və Çin prokurorluqları arasında əlaqələrin inkişafı mühüm əhəmiyyət daşıyır və tərəflər iki ölkənin və xalqların mənafeyi naminə daha səmərəli və məhsuldar əməkdaşlığın qurulması üçün səylərini davam etdirirlər.

Paylaş:
38

Son xəbərlər

Bütün xəbərlər