Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlərin NƏZƏRİNƏ: Yeni imtahan keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlərin NƏZƏRİNƏ: Yeni imtahan keçiriləcək

First News Media14:39 - Bu gün
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlərin NƏZƏRİNƏ: Yeni imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi 2026-cı ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 6-da əlavə imtahan keçirəcək.

Bu barədə 1news.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq.

Paylaş:
53

Son xəbərlər

Bütün xəbərlər