Sahibə Qafarova Serbiyada səfərdədir | 1news.az | Xəbərlər
Cəmiyyət

Sahibə Qafarova Serbiyada səfərdədir

First News Media17:24 - Bu gün
Sahibə Qafarova Serbiyada səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarova Serbiyaya işgüzar səfər edib.

1news.az xəbər verir ki, sədrin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin səfərində məqsəd Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Konfransının 65 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Xatirə Görüşündə iştirakdır.

Belqrad şəhərinin Nikola Tesla hava limanında Milli Məclisin sədrini Serbiyanın daxili və xarici siyasət naziri, EXPO-2027-in Baş Komissarı Yaqoda Lazareviç, Azərbaycanın Serbiyadakı səfiri Tahir Tağızadə və digər rəsmi şəxslər qarşılayıblar.

Paylaş:
48

Son xəbərlər

Bütün xəbərlər