Bakıya gələn Rusiya vətəndaşının ayaqqabısından patronlar tapıldı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıya gələn Rusiya vətəndaşının ayaqqabısından patronlar tapıldı - FOTO

First News Media11:51 - Bu gün
Bakıya gələn Rusiya vətəndaşının ayaqqabısından patronlar tapıldı - FOTO

Moskva-Bakı aviareysi ilə gələn Rusiya vətəndaşının əl yükündə odlu silaha aid patronlar aşkar edilib.

1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, sözügedən şəxsin əl yüklərinə stasionar rentgen qurğusunda keçirilən baxış zamanı monitorda şübhəli cizgilər müşahidə olunub. Daha sonra aparılan yoxlama nəticəsində əl yükündəki ayaqqabının içərisində gizlədilən 11 ədəd patron aşkar edilib.

Ekspertiza tədqiqatı nəticəsində patronların zavod üsulu ilə istehsal edilən 9x18 mm kalibrli, atəşə yararlı döyüş sursatları olduğu müəyyənləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər