Salyanda ağır qəza - Beş nəfər xəsarət aldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Salyanda ağır qəza - Beş nəfər xəsarət aldı

First News Media09:17 - Bu gün
Salyanda ağır qəza - Beş nəfər xəsarət aldı

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.

1news.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zəncirvari qəza zamanı "Infiniti", "Mazda" və VAZ-2107 markalı avtomobillər və mikroavtobus toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində Qaraçala qəsəbə sakinləri - Nemət İbrahim oğlu İsmayılov, Ərəstun Ramazan oğlu Əhmədov və daha üç nəfər xəsarət alıb. Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
48

Son xəbərlər

Bütün xəbərlər