Bakıda bu yolda hərəkət tam məhdudlaşdırılacaq – DYP-dən XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda bu yolda hərəkət tam məhdudlaşdırılacaq – DYP-dən XƏBƏRDARLIQ

First News Media13:34 - Bu gün
Bakıda bu yolda hərəkət tam məhdudlaşdırılacaq – DYP-dən XƏBƏRDARLIQ

Sentyabrın 4-də Bakı şəhərinin Binəqədi rayonunda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

1news.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına əsasən, təmir işləri ilə əlaqədar sentyabrın 4-də saat 20:00-dan etibarən Moskva prospektinin kənar yolunun Biləcəri enişi hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Qeyd olunub ki, qeyd edilən ərazidə aparılacaq təmir işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

Məhdudiyyət müddətində DYP əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə tənzimləmə işləri həyata keçiriləcək.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarını yaranacaq müvəqqəti məhdudiyyətə anlayışla yanaşmağa, yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə müəyyən edilmiş qaydalara riayət etməyə çağırıb.

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər