Sabahdan rayonlara yağış yağacaq-XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahdan rayonlara yağış yağacaq-XƏBƏRDARLIQ

1news Redaksiyası16:11 - 04 / 09 / 2026
Sabahdan rayonlara yağış yağacaq-XƏBƏRDARLIQ

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Paylaş:
298

Son xəbərlər

Bütün xəbərlər