Bakı Güləş Məktəbinə 47 şagird qəbul olunub | 1news.az | Xəbərlər
İdman

Bakı Güləş Məktəbinə 47 şagird qəbul olunub

1news Redaksiyası17:12 - 04 / 09 / 2026
Bakı Güləş Məktəbinə 47 şagird qəbul olunub

Bakı Güləş Məktəbində 2026/2027-ci tədris ili üzrə 6-cı və 7-ci siniflərə keçirilən qəbul prosesinin nəticələrinə əsasən 47 şagird uğur qazanıb.

Bu barədə 1news.az-a Azərbaycan Güləş Federasiyasından bildirilib.

İki mərhələdə təşkil olunan qəbul prosesində iştirak etmək üçün 6-cı və 7-ci siniflər üzrə 300-dən artıq namizəd müraciət edib. Qabiliyyət imtahanlarının nəticələrinə əsasən, 6-cı sinif üzrə 23, 7-ci sinif üzrə isə 24 şagird tədris ocağına qəbul edilib.

Namizədlərin seçimi sərbəst və yunan-Roma güləşi üzrə milli komandaların məşqçiləri tərəfindən müvafiq normativlər əsasında aparılıb. Sınaqlar zamanı şagirdlərin fiziki hazırlıq səviyyəsi, çevikliyi, gücü, koordinasiyası və güləşə uyğun qabiliyyətləri qiymətləndirilib.

Paylaş:
532

Son xəbərlər

Bütün xəbərlər