"It Lives Under The Snow" — Azərbaycan tarixində ilk dəfə Telluride Film Festivalına seçilən film | 1news.az | Xəbərlər
Cəmiyyət

"It Lives Under The Snow" — Azərbaycan tarixində ilk dəfə Telluride Film Festivalına seçilən film

First News Media15:03 - Bu gün
"It Lives Under The Snow" — Azərbaycan tarixində ilk dəfə Telluride Film Festivalına seçilən film

 

Ultra Production-un istehsalı olan, Azərbaycan-Türkiyə-Sinqapur birgə istehsalı "It Lives Under The Snow" qısametrajlı bədii filmi ABŞ-ın Kolorado ştatındakı nüfuzlu Telluride Film Festivalının 53-cü edisiyasına (4-7 sentyabr 2026) seçilib — bu, Azərbaycan kinematoqrafiyası tarixində Telluride-ə seçilən ilk film olması ilə əlamətdardır.

1974-cü ildən fəaliyyət göstərən Telluride Film Festivalı dünyanın ən nüfuzlu kinofestivallarından biri sayılır. Festival təqvimdə Cannes-dan sonra, Toronto və New York film festivallarından əvvəl yerləşərək payız mövsümünün əsas "kəşf platforması" rolunu oynayır. Yalnız dünya premyeralı filmləri qəbul edən Telluride, Michael Moore-un "Roger and Me" və Robert Rodriguez-in "El Mariachi" kimi filmləri ilk dəfə dünyaya tanıtmasıyla tanınır və hər il yüzlərlə müraciət arasından çox məhdud sayda əsər seçir.

İllərdir insanların sirli şəkildə itkin düşdüyü bir kənddə yerli sakinlər yaxınlarda yoxa çıxan Muradı axtarmaq üçün iki qərib kişi ilə birləşir. Axtarışlar onları qarın altında yaşadığına inanılan sirli məxluq haqqında yerli əfsanəyə aparır — və bu yol onları gözlədiklərindən qat-qat dərin bir sirrin izinə salır.

Filmin rejissoru İqor Smoladır. Baş rol: Arzuman Mirzəsoy.

Prodüserlər: Emil Nəcəfov, Qriqori Bagayev, Elməddin Əliyev, İsmayıl Səfərəli, Fəhriyyə İsmayılova, Kəmalə İsrafilova, Alvin Li, İlkin Məhəmmədli, Duyğu Davalı, Serkan Yegen, İqor Smola.

Rejissor İqor Smola və prodüser İsmayıl Səfərəli hazırda Telluride Film Festivalındadırlar.

Film Telluride Film Festivalının 53-cü edisiyasında (4-7 sentyabr 2026) nümayiş olunacaq.

Paylaş:
42

Son xəbərlər

Bütün xəbərlər