DYP və AYNA məktəblərin ətrafında təhlükəsizlik tədbirlərini GÜCLƏNDİRİR | 1news.az | Xəbərlər
Cəmiyyət

DYP və AYNA məktəblərin ətrafında təhlükəsizlik tədbirlərini GÜCLƏNDİRİR

First News Media09:59 - Bu gün
DYP və AYNA məktəblərin ətrafında təhlükəsizlik tədbirlərini GÜCLƏNDİRİR

Yeni tədris ili ərəfəsində məktəblərin ətrafında yol hərəkətinin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər gücləndirilir.

1news.az xəbər verir ki, bu barədə Dövlət Yol Polisi (DYP) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatında bildirilib.

Yeni tədris ilinin başlanmasına sayılı günlər qaldıqca paytaxtın küçə və prospektlərində, xüsusilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol hərəkətinin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Tədris ilinin başlaması ilə məktəblərin ətrafında nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artacağı nəzərə alınaraq, DYP və AYNA əməkdaşları tərəfindən təhsil müəssisələrinin ətrafındakı yol şəraitinə nəzarət gücləndirilir.

Məktəblərin yerləşdiyi ərazilərdə yol hərəkətinin təşkili vəziyyəti diqqətlə araşdırılır, mövcud yol nişanları və nişanlanma xətləri nəzərdən keçirilir. Aşkar olunan çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq addımlar atılır.

Eyni zamanda, məktəblərin qarşısında piyada keçidlərinin, yol nişanlarının və digər texniki vasitələrin vəziyyətinə xüsusi diqqət yetirilir.

Məqsəd şagirdlərin məktəbə gediş-gəlişi zamanı onların təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsidir.

Paylaş:
46

Son xəbərlər

Bütün xəbərlər