Daha bir ekspres marşrutda avtobuslara ikinci validator quraşdırılıb
Metronun "İnşaatçılar”, “Nizami” və "28 May" stansiyaları arasında fəaliyyət göstərən M2 nömrəli ekspres marşrutda da yenilik tətbiq edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən 1news.az-a verilən məəlumata görə, sərnişinlərin minməsi prosesini sürətləndirmək və gözləmə müddətini azaltmaq məqsədilə ekspres avtobuslara ikinci oxuma cihazı (validatorlar) quraşdırılır. Bununla da sərnişinlər eyni anda ön və orta qapıdan salona daxil ola bilərlər.
Xatırladaq ki, daha əvvəl M1 nömrəli ekspres marşrutda təcrübə uğurla sınaqdan keçirilmişdir.





42












