Şabranda həyətində narkotik yetişdirən 60 yaşlı şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şabranda həyətində narkotik yetişdirən 60 yaşlı şəxs saxlanılıb

First News Media11:17 - Bu gün
Şabranda həyətində narkotik yetişdirən 60 yaşlı şəxs saxlanılıb

Şabranda həyətyanı sahəsində narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində 60 yaşlı Sahib İbrahimov saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı qulluq edilərək yetişdirilən, ümumi çəkisi 10 kiloqram olan narkotik tərkibli bitkilər aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə S. İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma davam etdirilir.

Paylaş:
40

Son xəbərlər

Bütün xəbərlər