“Bolt for Business” “Baku Film & Comic Co”ya dəstək verir - FOTO
“Game of Thrones” və “Stranger Things” ulduzu Bakıya gəlir.
Sentyabrın 13-də Baku Ekspo Mərkəzində keçiriləcək “Baku Film & Comic Con” kino, serial, komiks, anime, oyun və kospley həvəskarlarını bir araya gətirəcək. Tədbirin tərəfdaşlarından biri olan Bolt for Business qonaqların məkana daha rahat gediş-gəlişinə dəstək verəcək.
Festivalın əsas qonaqlarından biri “Game of Thrones” serialında Jaqen H’ghar və “Stranger Things”də Dmitri “Enzo” Antonov obrazları ilə tanınan dünya şöhrətli aktyor Tom Vlaşixa olacaq. Tədbir çərçivəsində təşkilatçılar Bolt for Business-in korporativ idarəetmə platforması vasitəsilə qonaqlar üçün xüsusi gediş endirimləri təqdim edə biləcəklər.
“Baku Film & Comic Con” proqramına səhnə müsahibələri, kospley şousu, K-POP müsabiqəsi, oyun turnirləri, master-klaslar, anime məhsullarının yarmarkası və 20-dən çox interaktiv zona daxildir.
Bolt for Business şirkətlərə və təşkilatlara əməkdaşların, qonaqların və tərəfdaşların işgüzar səfərlərini vahid platformadan idarə etməyə imkan verən həll təqdim edir. Platforma vasitəsilə səfərlərin təşkili, gedişlərin idarə olunması və xərclərə nəzarət daha sadə və çevik həyata keçirilə bilər.
Bolt üçün belə tədbirlərə dəstək yalnız məkana gediş-gəlişi asanlaşdırmaq deyil, həm də iştirakçılara şəxsi avtomobildən istifadə etmədən rahat alternativ təqdim etmək deməkdir. “Baku Film & Comic Con” kimi geniş auditoriyanı bir araya gətirən tədbirlərdə bu, həm qonaqların məkana daha rahat çatmasına, həm də parklanma və nəqliyyat yükünün azalmasına töhfə verə bilər. Bolt for Business isə təşkilatçılara qonaqların gedişlərini daha çevik şəkildə idarə etməyə və onlar üçün xüsusi nəqliyyat imkanları təqdim etməyə kömək edir.
13 sentyabrda Baku Ekspo Mərkəzində keçiriləcək “Baku Film & Comic Con” ziyarətçilərə kino və serial dünyasının məşhur simaları ilə görüşmək, müxtəlif əyləncə zonalarını kəşf etmək və pop-mədəniyyət atmosferini yaşamaq imkanı verəcək.
Biletlər iTicket.az üzərindən əldə edilə bilər.












