Məhkumun gizlətdiyi avtomat və güllələr TAPILDI - Birgə əməliyyat
Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində silah-sursat aşkar edilərək götürülüb.
1news.az xəbər verir ki, keçirilmiş tədbir zamanı Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 6 ünvanında yerləşən köhnə zavodun hasarının yaxınlığındakı ərazidə torpağa basdırılaraq gizlədilmiş 1 ədəd “Kalaşnikov AKMS” markalı avtomat silah, ona məxsus 2 ədəd daraq və 55 ədəd güllə aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
55












