İlham Mirzəyevin səhhəti ilə bağlı yeni açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

İlham Mirzəyevin səhhəti ilə bağlı yeni açıqlama

First News Media15:06 - Bu gün
İlham Mirzəyevin səhhəti ilə bağlı yeni açıqlama

Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mərkəzi Klinikadan verilən məlumata görə, hazirda xəstənin vəziyyəti ağırdır.

“Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və stent implantasiya edilib. Hazirda xəstənin vəziyyəti ağır stabil olaraq qalır. Kardioreanimasiya şöbəsində kompleks müalicəsi davam etdirilir”, - açıqlamada qeyd olunub.

Xatırladaq ki, İ.Mirzəyev daha əvvəl sosial şəbəkə hesabında paylaşım edərək hallalaşmış və hər kəsdən onun üçün dua etmələrini xahiş etmişdi.

Paylaş:
46

Son xəbərlər

Bütün xəbərlər