Şəmkirdə gənc oğlan qatarın altında qalaraq öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə gənc oğlan qatarın altında qalaraq öldü

1news Redaksiyası08:57 - 08 / 09 / 2026
Şəmkirdə gənc oğlan qatarın altında qalaraq öldü

Şəmkirdə gənc oğlanı qatar vurub.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Böyük Kəsik-Gürcüstan dəmir yolu xəttinin rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Sabirkənd kənd sakini, 2002-cü il təvəllüdlü R. Vəliyevi dəmir yolu xəttini keçərkən qatar vurub.

Gənc aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
242

Son xəbərlər

Bütün xəbərlər