Abituriyentlərin diqqətinə – Qeydiyyat başa çatır | 1news.az | Xəbərlər
Cəmiyyət

Abituriyentlərin diqqətinə – Qeydiyyat başa çatır

First News Media09:56 - Bu gün
Abituriyentlərin diqqətinə – Qeydiyyat başa çatır

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır.

1news.az xəbər verir ki, universitetlərə qeydiyyat yalnız my.gov.az ilə aparılır.

Qeydiyyat üçün mygov ID ilə şəxsi kabinetinizə daxil olun, "Xidmətlər” bölməsindən Elm və Təhsil Nazirliyini seçin və "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçin.Məlumatlarınızı yoxlayın, tələb olunan sənədləri yükləyin və qeydiyyatınızı tamamlayın.

Müraciətin statusunu isə "Xidmətin tarixçəsi” bölməsindən izləmək mümkündür.

Qeydiyyatdan keçməyən və təhsil müəssisəsi tərəfindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric edilə bilərlər.

Xatırladaq ki, qeydiyyat 28 avqust saat 11:00-dan başlayıb.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər