KDR-də Ebola epidemiyası: Ölənlərin sayı 3 mini keçib
Konqo Demokratik Respublikasında (KDR) mayın 15-də elan edilən Ebola epidemiyasında ölənlərin sayı 3 095-ə, təsdiqlənmiş yoluxma hallarının sayı isə 6 436-ya çatıb.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, ölüm nisbəti 48,1 faiz təşkil edir.
Epidemiyanın əsas mərkəzi İturi əyaləti olaraq qalır. Cənubi Kivuda isə 95 gündür yeni təsdiqlənmiş yoluxma qeydə alınmayıb.
Səhiyyə rəsmilərinin məlumatına görə, may ayında yayılan “Bundibugyo” Ebola variantına qarşı təsdiqlənmiş müalicə və vaksin mövcud deyil.
72












