Zərdabda ağır qəza: 5 nəfər yanaraq ölüb - ADLAR | 1news.az | Xəbərlər
Cəmiyyət

Zərdabda ağır qəza: 5 nəfər yanaraq ölüb - ADLAR

First News Media09:28 - Bu gün
Zərdabda ağır qəza: 5 nəfər yanaraq ölüb - ADLAR

Zərdabda ağır yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb.

1news.az "Report"a istinadən xəbər verir ki, qəza gecə saatlarında Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb.

Belə ki, "KİA" markalı minik maşını hərəkətdə olarkən traktorla toqquşub.

Bu zaman avtomobildə anidən yanğın başlayıb. Əldə etdiyimiz məlumata görə, qəza zamanı avtomobildə olan 5 nəfər yanaraq ölüb.

Hadisə nəticəsində ölənlərin adları məlum olub. Ölənlər,  minik avtomobilinin sürücüsü 1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov, 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimovadır.

1997-ci il təvəllüdlü Reyhan Nəsib qızı Məhəmmədova isə hadisə zamanı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər