DİN: Ötən gün 51 cinayət açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Ötən gün 51 cinayət açılıb

Qafar Ağayev10:23 - Bu gün
DİN: Ötən gün 51 cinayət açılıb

Sentyabrın 8-də ölkə ərazisində 51 cinayət hadisəsinin açılması təmin olunub.

1news.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin də açılması təmin edilib.

Axtarışda olan ümumilikdə 170 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 147-si borclu şəxs qismində axtarışda olub.

Həmçinin narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər