Bağçalara qəbul prosesi yenidən başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bağçalara qəbul prosesi yenidən başlayır

First News Media10:44 - Bu gün
Bağçalara qəbul prosesi yenidən başlayır

10 sentyabr 2026-cı il, saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə yenidən start verilir.

Bu barədə 1news.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, qəbul prosesi myGov portalı vasitəsilə elektron formada həyata keçirilir.

Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək. Uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər