Azərbaycanda bu məhsullar bahalaşıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda bu məhsullar bahalaşıb

First News Media16:41 - Bu gün
Azərbaycanda bu məhsullar bahalaşıb

2026-cı ilin ilk 8 ayında inflyasiya 5,7% təşkil edib

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi məlumat yayıb

Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı son məlumatlara əsasən, 2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb. İllik müqayisədə en böyük qiymət artımı qida, alkoqollu içki və tütün məmulatlarında (6,9%) qeydə alınıb. Ödənişli xidmətlər 5,6 faiz, qeyri-qida məhsulları isə 3,7 faiz bahalaşıb.

Təkcə avqust ayında qiymətlər iyul ayı ilə müqayisədə 0,2 faiz yüksəlib. Ay ərzində ət, təzə balıq, bitki yağları, kələm, pomidor və soğan bahalaşsa da, mövsümlə əlaqədar qarpız, yemiş, üzüm, kartof və kərə yağının qiymətində ucuzlaşma müşahid olunub.

Qeyri-qida sektorunda divar kağızları, tikinti materialları və zərgərlik məmulatları bahalaşdığı halda, yay geyimləri və kompüterlərin qiyməti düşüb. Xidmət sahəsində isə əsas qiymət artımı beynəlxalq aviabiletlər və istirahət turlarında qeydə alınıb.

Ayxan Məlikzadə

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər