Metroda problem aradan qaldırıldı, interval bərpa olundu - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Metroda problem aradan qaldırıldı, interval bərpa olundu - YENİLƏNİB

08:53 - Bu gün
Metroda problem aradan qaldırıldı, interval bərpa olundu - YENİLƏNİB

Bakı metrosunun “İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb.

1news.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, nasazlıq səbəbindən köməkçi qatar verilib və nasaz qatar xətdən çıxarılıb. Qısa müddət ərzində “Qırmızı xətt” üzrə qatarların hərəkət intervalı bərpa olunub.

Qeyd edilib ki, həmin müddət ərzində “Yaşıl” və “Bənövşəyi” xətlərdə qatarlar qrafikə uyğun hərəkət edib.

“Bakı Metropoliteni” yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyib.

***

08:49

Bakı metrosunda səhər saatlarında qatarların hərəkətində problem yaranıb.

1news.az-ın əməkdaşı xəbər verir ki metronun Xalqlar stansiyasında 45 dəqiqədən çoxdur ki, qatarlar hərəkət etmir. 

Məsəslə ilə bağlı "Bakı Metropoliteni" QSC-yə sorğu ünvanlamışıq. Cavab verildikdə xəbəri yeniləcəyəcəyik

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər