Skuter sürücüsü qırmızı işıqda keçdi, ağır qəza baş verdi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Skuter sürücüsü qırmızı işıqda keçdi, ağır qəza baş verdi - VİDEO

First News Media15:18 - Bu gün
Skuter sürücüsü qırmızı işıqda keçdi, ağır qəza baş verdi - VİDEO

Bakıda skuter sürücüsü svetoforun qırmızı işığında yolayrıcına daxil olaraq avtomobillə toqquşub.

1news.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda, Səməd Vurğun küçəsi ilə Mirzağa Əliyev küçəsinin kəsişməsində baş verib.

Hadisə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameraları tərəfindən qeydə alınıb.

Görüntülərdən məlum olur ki, skuter sürücüsü hadisədən təxminən 10 saniyə əvvəl də svetoforun qırmızı işığında yolayrıcına daxil olub. Həmin vaxt yolda nəqliyyat vasitəsi olmadığı üçün qəza baş verməyib. Lakin bir neçə saniyə sonra eyni qayda pozuntusunu təkrarlayan sürücü, üzərində sərnişin olduğu halda, avtomobillə toqquşub.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, hadisə yol hərəkətində “bu dəfə heç nə olmadı” düşüncəsinin növbəti dəfə də təhlükənin baş verməyəcəyi anlamına gəlmədiyini bir daha göstərir.

Qeyd olunub ki, kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri də digər nəqliyyat vasitələri kimi svetoforun siqnallarının tələblərinə əməl etməlidirlər. Eyni zamanda skuterlə sərnişin daşınmasına yol verilmir.

Bildirilib ki, ümumi istifadədə olan avtomobil yollarında kiçik elektrik nəqliyyat vasitələri yolun sağ kənar zolağından başqa digər zolaqlarda hərəkət edə bilməzlər.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər