İşğaldan azad olunmuş ərazilərdə 29 məktəbəqədər müəssisə fəaliyyət göstərəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

İşğaldan azad olunmuş ərazilərdə 29 məktəbəqədər müəssisə fəaliyyət göstərəcək

First News Media15:30 - Bu gün
İşğaldan azad olunmuş ərazilərdə 29 məktəbəqədər müəssisə fəaliyyət göstərəcək

“Böyük Qayıdış çərçivəsində ötən illər ərzində 12 məktəbəqədər müəssisəmiz var idi”.


1news.az xəbər verir kİ, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən mətbuat konfransında deyib.


“Bu il daha 11 təhsil müəssisəsi bu sıraya qoşulur. Ümumilikdə 23 məktəbəqədər təhsil müəssisəsi işğaldan azad olunmuş ərazilərdə fəaliyyətini davam etdirəcək ki, onlarda da 4008 nəfər uşaq təhsil alacaq. Bu 15 sentyabradək olan məlumatlardır, amma oktyabr, noyabr, dekabr aylarında da köç proqramına uyğun olaraq məktəblərin açılması planlaşdırılır. Və bu illərdə bizim 29 təhsil müəssisəsində təhsilimiz davam edəcək və bütün işğaldan azad olunmuş bölgələri əhatə edəcək”.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər