Nazir: Bu il 10 min uşağın özəl bağçalara dövlət dəstəyi ilə cəlb edilməsi planlaşdırılır
“Bu tədris ilinin əsas vacib məqamlarından biri budur ki, valideyn-dövlət-özəl sektoru arasında məktəbəqədər təhsildə olan təşəbbüsümüzü davam etdiririk”.
1news.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən mətbuat konfransında deyib.
“Artıq bu il həmin təşəbbüs müvafiq sərəncam layihəsi ilə müvafiq qaydalar əsasında aparılır. Model çox sadədir: dövlət tərəfindən bəlli bir vəsait məktəbəqədər təhsil müəssisəsinə gedən uşağın əvəzinə özəl bağçaya ödənilir və bundan başqa valideyn də çox cüzi - onun az bir hissəsini özü əlavə olaraq ödəyir. Yəni artıq özəl müəssisələr prinsip etibarilə dövlət tərəfindən maliyyələşdirilməklə daha çox uşaq bağçalara gedir. Bu il 10 min nəfər uşağın həmin dövlət-özəl-valideyn tərəfdaşlığı əsasında məktəbəqədərə gedişi planlaşdırılır”.












