Ucarda həyətində narkotik bitkilər yetişdirən 61 yaşlı kişi saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ucarda həyətində narkotik bitkilər yetişdirən 61 yaşlı kişi saxlanıldı

First News Media10:57 - Bu gün
Ucarda həyətində narkotik bitkilər yetişdirən 61 yaşlı kişi saxlanıldı

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 61 yaşlı Telman Hüseynov saxlanılıb.

 1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 140 ədəd narkotik tərkibli kol, evindən isə narkotik vasitələr aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Paylaş:
93

Son xəbərlər

Bütün xəbərlər