Qazaxıstanda təlim zamanı 9 hərbçi həlak olub
Qazaxıstanda hava şəraitinin kəskin pisləşməsi nəticəsində Xəzər dənizində təlim zamanı 19 hərbçini dəniz axını aparıb, onlardan 9-u həlak olub.
1news.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə sentyabrın 24-də Manqistau vilayətində Xəzər dənizinin sahilində hərbçilərin təlim-döyüş tapşırığını yerinə yetirdiyi vaxt baş verib.
Məlumata görə, üç hərbçi xilas edilib. Onlardan biri xəstəxanaya yerləşdirilib.
Hazırda digər hərbçilərin axtarışı davam etdirilir.
Hadisə ilə bağlı xilasetmə xidmətlərinin qüvvə və texnikası dərhal əraziyə cəlb olunub. Axtarış-xilasetmə əməliyyatına Fövqəladə Hallar Nazirliyi, Hərbi Dəniz Qüvvələrinin bölmələri, aviasiya və digər aidiyyəti qurumların əməkdaşları qoşulub.
Nazirliyin məlumatına əsasən, ilkin olaraq 19 hərbçinin axınla aparıldığı müəyyən edilib. Hazırda onlardan 9-nun öldüyü təsdiqlənib.
Hadisənin səbəblərinin və bütün hallarının araşdırılması, həmçinin axtarış-xilasetmə işlərinin əlaqələndirilməsi məqsədilə Müdafiə Nazirliyinin komissiyası hadisə yerinə göndərilib. Komissiyaya müdafiə naziri, aviasiya general-leytenantı Dauren Kosanov rəhbərlik edir.












