Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - SİYAHI | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - SİYAHI

Qafar Ağayev13:08 - Bu gün
Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - SİYAHI

29 sentyabr saat 21:00-dan etibarən Bakının bir sıra küçələrində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyətlər tətbiq olunacaq.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonu üzrə Şövkət Məmmədova küçəsinin Çingiz Aytmatov küçəsi ilə kəsişməsindən Süleyman Sani Axundov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri aparılacaq.

Həmçinin Zaur Nudirəliyev küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Əcəmi Naxçıvani küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Nərimanov rayonu üzrə isə Koroğlu Rəhimov küçəsi ilə Təbriz küçəsinin kəsişməsində hərəkət sxeminin dəyişdirilməsi məqsədilə ayırıcı zolağın bir hissəsi ləğv ediləcək. Bununla əlaqədar ərazidə nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.

Məhdudiyyətlər görülən işlər başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ marşrutlardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər