Bu tarixlərdə ehtiyatlı olun – VACİB XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu tarixlərdə ehtiyatlı olun – VACİB XƏBƏRDARLIQ

1news Redaksiyası11:18 - Bu gün
Bu tarixlərdə ehtiyatlı olun – VACİB XƏBƏRDARLIQ

Böyük Britaniya Geologiya Xidməti oktabrın əvvəlində geomaqnit aktivliyinin artacağını proqnozlaşdırır və G1 səviyyəli maqnit fırtınası barədə xəbərdarlıq edir.

1news.az musavat.com-a istinadən xəbər verir ki, sentyabrın 28-də Günəşdə baş verən tac kütləsinin püskürməsi səbəbindən oktabrın başlanğıcında geomaqnit vəziyyəti hiss olunacaq dərəcədə dəyişə bilər.

Xidmətin məlumatına görə, plazma buludunun oktyabrın 1-dən 2-dək olan müddətdə Yerə çatacağı gözlənilir. Geomaqnit aktivliyinin aktiv səviyyəyə yüksələcəyi, ayın 2-də isə ayrı-ayrı intervallarda zəif G1 maqnit fırtınasının baş verəcəyi ehtimal olunur.

Proqnoza əsasən günlər üzrə vəziyyət belə olacaq:

1 oktabr – Günəşdəki püskürmənin təsirləri özünü göstərməyə başlayacaq, geomaqnit vəziyyətinin yüksələcəyi, lakin maqnit fırtınasının olmayacağı gözlənilir.

2 oktabr – Ən çox nəzərəçarpan aktivləşmə ehtimal olunur. Alimlər G1 səviyyəli maqnit fırtınası proqnozlaşdırırlar.

3 oktabr – Püskürmənin fəsadları tədricən zəifləməlidir, lakin geomaqnit aktivliyinin yüksək səviyyəsi hələ də saxlana bilər.

Məlumatda bildirilir ki, sentyabrın 30-da Günəşdə C9 sinfinə aid daha bir alışma baş verib və bu, növbəti kütlə püskürməsi ilə müşayiət olunub. İlkin analizlər göstərir ki, həmin plazma buludu böyük ehtimalla Yer orbitinin önündən keçəcək və planetimizə ciddi təsir göstərməyəcək.

Maqnit fırtınası Günəş küləyinin və plazma püskürmələrinin Yerin maqnitosferası ilə qarşılıqlı təsirindən sonra yaranan təbii maqnit sahəsinin pozulmasıdır. Güclü geomaqnit aktivliyi peyklərə, GPS sistemlərinə, radiosrabitəyə və enerji sistemlərinə təsir göstərə bilər.

İnsanların böyük əksəriyyəti üçün zəif G1 fırtınasından xüsusi qorunma tələb olunmur. Səhhətinizdə narahatlıq hiss etdikdə adət etdiyiniz rejimə riayət etmək, kifayət qədər yatmaq, təmiz su içmək və özünüzü həddindən artıq yormamaq tövsiyə olunur.
 

Paylaş:
104

Son xəbərlər

Bütün xəbərlər