Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA

1news Redaksiyası09:53 - Bu gün
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA

Azərbaycanın əksər yerlərində yağıntılı hava şəraiti davam edir.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 7-si saat 9:00-a olan məlumatında qeyd olunub.

Bakıda və Abşeron yarımadasında 9 mm yağıntı qeydə alınıb ki, bu da aylıq normanın 32%-ni təşkil edir.

Respublikanın rayonlarına düşən yağıntının miqdarı: Astarada 14, Yardımlı, Şirvanda 12, Lənkəran, Neftçalada 10, Lerikdə 9, Zaqatala, Sabirabad, Şahbuz, Şəki, Balakən, Qobustan, Ordubad, Gədəbəy, Tovuz, Daşkəsən, Quba, Qax, İmişli, Naxçıvan, Şərur, Culfa, Sədərək, Göygöl, Şəmkir, İsmayıllı, Oğuz, Şamaxı, Qusar, Yevlax, Göyçay, Zərdab, Beyləqan, Kürdəmir, Biləsuvar, Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndidə 1-7 mm qeydə alınır.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər