Şüvəlanda marşrut avtobusu ilə minik avtomobili toqquşub, ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Şüvəlanda marşrut avtobusu ilə minik avtomobili toqquşub, ölən var

1news Redaksiyası09:45 - Bu gün
Şüvəlanda marşrut avtobusu ilə minik avtomobili toqquşub, ölən var

Qala-Şüvəlan yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az "Report"a istinadən xəbər verir ki, Elmar Gülbaba oğlu Hüseynovun idarə etdiyi "Daewoo" markalı avtobusla Şüvəlan qəsəbəsi ərazisində hərəkətdə olarkən, Elçin Qədim oğlu Qədimovun idarə etdiyi "Lada Granta" markalı minik avtomobil ilə toqquşub.

Nəticədə E.Qədimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər