Beyləqanda məktəbdə kütləvi zəhərlənmə olub - Agentlikdən AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Beyləqanda məktəbdə kütləvi zəhərlənmə olub - Agentlikdən AÇIQLAMA

1news Redaksiyası14:52 - Bu gün
Beyləqanda məktəbdə kütləvi zəhərlənmə olub - Agentlikdən AÇIQLAMA

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.

Bu barədə 1news.az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, ilkin araşdırmaya əsasən, hadisə şagirdlərin "Texnologiya" dərsi zamanı özləri hazırladıqları qidanı istehlak etdikdən sonra baş verib.

Şagirdlərə müvafiq tibb müəssisəsində yardım göstərilir.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər