Rəşad Məcid: “Uşaqların gələcəyini xurafatın təsiri altında qoymaq olmaz” | 1news.az | Xəbərlər
Cəmiyyət

Rəşad Məcid: “Uşaqların gələcəyini xurafatın təsiri altında qoymaq olmaz”

Oksana Orucova12:30 - Bu gün
Rəşad Məcid: “Uşaqların gələcəyini xurafatın təsiri altında qoymaq olmaz”

"Molla Nəsrəddin jurnalının yaranmasından 120 il keçəndən sonra bəzi insanların yenə xurafat və cəhalət dalğasında yaşamaları bizi məyus etdi".

Bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri, yazıçı-publisist Rəşad Məcid 1news.az-a açıqlamasında deyib.

Rəşad Məcid öz fikirlərini bildirərkən qeyd edib ki, bu gün müzakirə olunan məsələ, hicab yox, ümumi təhsil müəssisələrində vahid məktəbli geyiminin tətbiqidir:

"Bu il ‘Molla Nəsrəddin’ jurnalının nəşrə başlamasının 120 ili tamam olur. Biz bu jurnalın zəngin irsi ilə qürur duyuruq. ‘Molla Nəsrəddin’ öz dövründə xurafata və cəhalətə qarşı mübarizə aparıb, qadın azadlığını və hüquqlarını müdafiə edib, maarifçilik ideyalarını təbliğ edib. Aradan 120 il keçməsinə baxmayaraq, bəzi insanların hələ də xurafat və cəhalət düşüncəsinin təsiri altında qalması təəssüf və məyusluq doğurur.

Bu gün Azərbaycanda hicabın qadağasından söhbət getmir. Müzakirə olunan məsələ ümumi təhsil müəssisələrində vahid məktəbli geyiminin tətbiqidir".

Sədr həmçinin qeyd edib ki, vahid məktəbli geyimi ilə bağlı qərarı məqsədəuyğun hesab edir:

"Azyaşlı uşaqları hər hansı dini təlimləri məcburi şəkildə icra etməyə yönəltmək onların gələcəyinə mənfi təsir göstərə, sərbəst dünyagörüşünün formalaşmasına mane ola bilər. Bu baxımdan, Azərbaycan hökumətinin vahid məktəbli geyimi ilə bağlı qərarını məqsədəuyğun və yerində hesab edirəm”. 

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər