Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Qafar Ağayev17:15 - Bu gün
Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Oktyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manetin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

1news.az xəbər verir ki, görüşdə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər, eləcə də bu Zəfərə aparan döyüş təcrübəsi və əldə olunan nəticələr barədə ətraflı məlumat verilib.

Azərbaycan ilə Kamboca arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Tərəflər müdafiə və təhlükəsizlik sahələrində əlaqələrin inkişafının, o cümlədən birgə təlimlərin keçirilməsinin və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Paylaş:
88

Son xəbərlər

Bütün xəbərlər