Natiq Məmmədli: Ölkəmizə qarşı dezinformasiyanın qarşısını almaq üçün sutka ərzində çalışırıq | 1news.az | Xəbərlər
Cəmiyyət

Natiq Məmmədli: Ölkəmizə qarşı dezinformasiyanın qarşısını almaq üçün sutka ərzində çalışırıq

Qafar Ağayev11:20 - Bu gün
Natiq Məmmədli: Ölkəmizə qarşı dezinformasiyanın qarşısını almaq üçün sutka ərzində çalışırıq

“Azərbaycan Media və Yayım Şurası ölkəyə qarşı yönələn dezinformasiyanın qarşısını almaq üçün intensiv fəaliyyət göstərir”.

1news.az xəbər verir ki, bunu Azərbaycan Media və Yayım Şurasının şöbə müdiri Natiq Məmmədli Azərbaycan jurnalistlərinin IX qurultayında çıxışı zamanı deyib.

O bildirib ki, Şura dezinformasiyaların qarşısını almaq və onları ifşa etmək məqsədilə sutka ərzində fəaliyyət göstərir.

Natiq Məmmədlinin sözlərinə görə, zərurət yarandıqda gün ərzində bir neçə dəfə bəyanat və açıqlamalar yayılır.

“Demək olar ki, sutka ərzində çalışaraq ölkəmizə qarşı yönələn dezinformasiyanın qarşısını almağa cəhd göstərmişik. Bəzən gecə yarısı, bəzən də gün ərzində bir neçə dəfə dezinformasiyanı ifşa edən bəyanatlar və açıqlamalar vermişik”, – deyə o qeyd edib.

Paylaş:
94

Son xəbərlər

Bütün xəbərlər