İrandan Azərbaycana 35 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İrandan Azərbaycana 35 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb

Qafar Ağayev14:06 - Bu gün
İrandan Azərbaycana 35 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 35 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Bu barədə 1news.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 35 kiloqram narkotik vasitə və 4960 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər