Fransada daxili işlər naziri istefa verdi, Makron ərizəni rədd etdi
Fransanın daxili işlər naziri Loran Nunyes Prezident Emmanuel Makrona istefa ərizəsi təqdim etsə də, dövlət başçısı onun istefasını qəbul etməyib.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bir sıra siyasi partiyalar Nunyesin istefasını tələb edib. Buna baxmayaraq, Makron hüquq-mühafizə orqanlarına nəzarətin qorunub saxlanılmasının vacibliyini əsas gətirərək ərizəni rədd edib.
Qeyd olunub ki, nazir nümayişlər zamanı baş verən çoxsaylı zorakılıq hadisələrindən sonra ciddi təzyiq altındadır.
88












