Reza Deqati Parisdəki etirazları lentə aldı – “Z nəsli” dünyaya nə demək istəyir? | 1news.az | Xəbərlər
Cəmiyyət

Reza Deqati Parisdəki etirazları lentə aldı – “Z nəsli” dünyaya nə demək istəyir?

Qafar Ağayev10:41 - Bu gün
Reza Deqati Parisdəki etirazları lentə aldı – “Z nəsli” dünyaya nə demək istəyir?

Dünya şöhrətli azərbaycanlı fotoqraf Reza Deqati Parisdəki Respublika meydanında çəkdiyi fotoları “Instagram” hesabında paylaşıb və “Z nəsli”nin etiraz hərəkatı ilə bağlı düşüncələrini bölüşüb.

Fotoqraf bildirib ki, Parisdə olarkən dünyanın müxtəlif ölkələrində sosial ədalət, yeni imkanlar və dəyişikliklər uğrunda çıxış edən gənc nəslin əhvali-ruhiyyəsini hiss etmək istəyib.

Reza Deqati paylaşımında “Biz daha cəsarətlə xəyallar qurmaq istəyirik” ifadəsi ilə “Z nəsli”nin əsas mesajını çatdırıb. O qeyd edib ki, gənclərin istəkləri ayrı-ayrı etiraz aksiyalarının çərçivəsindən kənara çıxır və cəmiyyətdəki daha geniş tələbləri əks etdirir.

Fotoqraf, həmçinin qeyd edib ki, əvvəlcə demokratik dialoq ruhunda dinc nümayişlərin keçirildiyi Respublika meydanı və ətraf küçələr sonradan toqquşma və zorakılıq məkanına çevrilib.

“Ötən həftə sərgimlə bağlı Parisdə idim. Evdə qalmaq üçün bütöv bir günüm olsa da, peşə məsuliyyətim məni kameramı götürüb küçəyə çıxmağa vadar etdi”, – deyə Reza Deqati şərhində bildirib.

1news.az fotoqrafın Parisdə çəkdiyi foto və videokadrları aşağıda təqdim edir.

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər