Qara dənizdə vurulan gəmidə sağ qalan azərbaycanlıların FOTOSU | 1news.az | Xəbərlər
Cəmiyyət

Qara dənizdə vurulan gəmidə sağ qalan azərbaycanlıların FOTOSU

1news Redaksiyası09:43 - Bu gün
Qara dənizdə vurulan gəmidə sağ qalan azərbaycanlıların FOTOSU

Qara dənizdə Rumıniya sahillərində batan ticarət gəmisində olan azərbaycanlıların adları məlum olub.

1news.az Axar.az-a istinadən xəbər verir ki, gəminin göyərtəsində olan üç Azərbaycan vətəndaşı xilas edilib.

Onlar Kənan Cabbar oğlu Həsənov, Rüfən Xaliq oğlu Əhmədov və İmran Hüseyn oğlu Tağıyevdir.

Məlumata görə, hücum zamanı Rüfən Əhmədov yüngül xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında “KHORYV” adlı ticarət gəmisi dron hücumundan sonra baş verən yanğın nəticəsində batıb. Gəmidə 10-u Ukrayna, 3-ü Azərbaycan vətəndaşı olmaqla, ümumilikdə 13 nəfər olub. Hadisə nəticəsində 1 nəfər həlak olub, 3 nəfər itkin düşüb, 9 nəfər isə xilas edilib.

Vurulan gəmidən sağ çıxan həmyerlilərimizin fotolarını təqdim edirik:

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər