Doğum günündə həyatını itirdi – Bakıda aparıcı qəzada vəfat etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Doğum günündə həyatını itirdi – Bakıda aparıcı qəzada vəfat etdi

Oksana Orucova06:44 - Bu gün
Doğum günündə həyatını itirdi – Bakıda aparıcı qəzada vəfat etdi

Bakıda baş verən yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib. 

1news.az xəbər verir ki, sosial media fenomeni və ARB-də yayımlanan “Sən olsaydın” verilişinin aparıcısı Ada Süleyman avtoqəza nəticəsində həyatını itirib.

Mərhumun yaxınları sosial şəbəkə hesablarında onun vəfatı ilə bağlı paylaşım ediblər.

Paylaşımda bildirilib ki, Ada Süleyman hadisə baş verən gün doğum gününü dostları ilə birlikdə qeyd edib. O, həmin gecə yolda olarkən avtoqəza keçirib və həyatını itirib.

Beləliklə, Adanın doğum günü onun ölüm günü ilə eyni tarixə təsadüf edib.

Paylaş:
42

Son xəbərlər

Bütün xəbərlər