"İki ölkə arasında siyasi dialoq liderlər səviyyəsində həmişə çox müsbət və intensiv olub" | 1news.az | Xəbərlər
Siyasət

"İki ölkə arasında siyasi dialoq liderlər səviyyəsində həmişə çox müsbət və intensiv olub"

Ayşən Salehli13:20 - Bu gün
"İki ölkə arasında siyasi dialoq liderlər səviyyəsində həmişə çox müsbət və intensiv olub"

"Tarixən Azərbaycan-Litva münasibətləri qarşılıqlı hörmət, açıq siyasi dialoq və ortaq maraqların irəli aparılması əsasında formalaşmış və inkişaf edib".

1news.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Litva Respublikasının xarici işlər naziri Kestutis Budrislə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Bu, iki ölkə arasında olan dostluq münasibətlərinin də təzahürüdür. ​İki ölkə arasında siyasi dialoq liderlər səviyyəsində həmişə çox müsbət və intensiv olub. Burada həm cənab Prezidentin Litvaya səfərləri, həm də Prezident Nausėdanın Azərbaycana səfəri, o cümlədən bu il Dublində Avropa Siyasi İcmasının zirvə toplantısı zamanı iki prezident arasında növbəti görüş və çox müsbət təmas baş verib.

​Bu ilin aprel ayında Litva Respublikasının baş nazirinin Azərbaycana səfəri baş vermişdi; çox müsbət və səmərəli müzakirələr həyata keçirilmişdi. Eyni zamanda bu ilin iyun ayında Vilnüsdə iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu baş vermişdi. Bunu biz iki xarici işlər nazirliyi arasında çox önəmli platforma hesab edirik və qarşılıqlı şəkildə razılaşdıq ki, bunu müntəzəm şəkildə həyata keçirək".

Paylaş:
36

Son xəbərlər

Bütün xəbərlər