Ceyhun Bayramov: Ermənistan–Azərbaycan münasibətlərində Vaşinqton sammitindən sonra müsbət inkişaflar müşahidə olunur | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov: Ermənistan–Azərbaycan münasibətlərində Vaşinqton sammitindən sonra müsbət inkişaflar müşahidə olunur

Ayşən Salehli13:32 - Bu gün
Ceyhun Bayramov: Ermənistan–Azərbaycan münasibətlərində Vaşinqton sammitindən sonra müsbət inkişaflar müşahidə olunur

"Bu gün həmkarıma tərəfindən bizim bilavasitə Cənubi Qafqaz regionunda mövcud vəziyyət, Ermənistan–Azərbaycan münasibətləri, bu kontekstdə inkişaf trayektoriyası, tarixi Vaşinqton sammitindən sonrakı dövr ərzində baş vermiş inkişaflar barədə ətraflı məlumat verdim".

1news.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Litva Respublikasının xarici işlər naziri Kestutis Budrislə birgə keçirdiyi mətbuat konfransında deyib.
"Burada bir sıra müsbət mənada inkişaflar müşahidə edilir. Bunlar ötən ildən başlayaraq tranzit – Ermənistan üçün və Ermənistanla ölkəmiz üzərindən tranzit yüklərin daşınmasının başlanması faktıdır. Ötən ilin dekabr ayından başlayaraq müəssisələrin bir sıra məhsullarının, o cümlədən neft məhsullarının ölkəmiz tərəfindən ixrac edilməsini, hal-hazırda normativ-hüquqi bazanın hazırlanması istiqamətində iki ölkə arasında danışıqların getməsi, rəsmi nümayəndə heyətləri, dövlət qurumları arasında təmasların intensivləşdirilməsi və vətəndaş cəmiyyəti nümayəndələri arasında bu etimad quruculuğu tədbirlərinin artırılması və bir sıra digər elementlər, o cümlədən, son günlərin yeni inkişafları – Ermənistanda yeni konstitusiya barəsində dəyişiklik edilməsi, TRIPP layihəsi üzrə real olaraq fəaliyyətə başlanması və bir sıra digər məsələlər ətrafında bu günləri bizim fikir mübadiləsi aparmaq imkanımız oldu".

Paylaş:
39

Son xəbərlər

Bütün xəbərlər