9 Noyabrda Qarabağ məktəbi bayrağımızı İsveçrədə qaldırıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

9 Noyabrda Qarabağ məktəbi bayrağımızı İsveçrədə qaldırıb – FOTO

09:21 - 12 / 11 / 2019
9 Noyabrda Qarabağ məktəbi bayrağımızı İsveçrədə qaldırıb – FOTO

Noyabrın 9-da İsveçrənin Ştayn şəhərində “Birlikdə bayram edək” şüarı altında təşkil olunan multikultural festival çərçivəsində Azərbaycan Dövlət Bayrağı günü qeyd olunub və mədəniyyətimizin təqdimatı keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, tədbir Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin dəstəyi və “Azərbaycanın dostları” diaspor təşkilatının təşkilatçılığı ilə ərsəyə gəlib. 400 nəfərdən artıq qonağın iştirak etdiyi tədbirdə ölkəmizi Bern şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbinin şagirdlərindən ibarət rəqs qrupu təmsil edib.

Səhnəyə ölkəmizin bayraqları ilə çıxan şagirdlər həmvətənlərimizin Dövlət Bayrağı gününü təbrik edib və qonaqlara uşaqların ifasında Azərbaycanın milli rəqsləri nümayiş etdirilib. Çıxışlar tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Tədbirdə açılış sözü ilə çıxış edən “Azərbaycanın dostları” diaspor təşkilatının rəhbəri Arzu Əliyeva Dövlət Bayrağı günü, ölkəmizin mədəniyyəti və multikulturalizm dəyərlərimiz haqqında danışıb, göstərilən diqqət və dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürlərini ifadə edib. Sonra İsveçrədə Azərbaycanlıların Koordinasiya Şurasının rəhbəri Qasım Nəsirov qonaqlara Qarabağ məktəbi haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ərsəyə gələn Qarabağ məktəbi artıq ikinci ildir fəaliyyət göstərir. Yarandığı dövrdən diqqət mərkəzində olan məktəbin şagirdləri tez-tez bu ölkədə keçirilən müxtəlif tədbirlərə dəvət alır və iştirak etdikləri yerlərdə ölkəmizi layiqincə təmsil edirlər.

S.Xankişiyeva

Paylaş:
502

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər