Ağdam - talan edilmiş, dağıdılmış şəhər FOTOREPORTAJ | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdam - talan edilmiş, dağıdılmış şəhər FOTOREPORTAJ

15:36 - 25 / 11 / 2020
Ağdam - talan edilmiş, dağıdılmış şəhər FOTOREPORTAJ

Ağdam sakinlərinin yurd həsrətinə Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində son qoyulub. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq işğalçı qoşunlar noyabrın 20-də Ağdam rayonunu tam boşaldıb və Azərbaycan ordu hissələri əraziyə daxil olub.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, erməni işğalçıları Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından olan Ağdamda görünməmiş vandalizm həyata keçiriblər. Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evləri, ictimai binalar, məktəblər, uşaq bağçaları, xəstəxanalar, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırılıb. Hər şeyi məhv edən erməni vandalları tarixi abidələri, qəbiristanlıqları da dağıdıblar. Vaxtilə Azərbaycanın ən varlı rayonu olan Ağdamın yerində indi talan edilərək dağıdılmış Qafqazın Xirosimasına çevrilmiş xarabalıqlar qalıb.

Ancaq Ağdam hazırkı görüntüləri doğma torpaqlarımıza qovuşmaq sevincimizə kölgə sala bilməz. Çünki Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də erməni vandalları tərəfindən tamamilə dağıdılmışdı. 2016-cı ilin Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyi işğaldan azad ediləndən sonra Azərbaycan dövləti bir ilin ərzində Cocuq Mərcanlıda bütün infrastruktura malik müasir qəsəbə inşa etdi. İşğaldan azad edilmiş Ağdam rayonu da bərpa ediləcək, yenidən qurulacaq.

Ağdam rayonunun bərpasının gələcək planlarda xüsusi yer tutacağını vurğulayan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 20-də xalqa müraciətində deyib: “Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur”.

1news.az

Paylaş:
674

Son xəbərlər

“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!17 / 04 / 2024, 17:19Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı17 / 04 / 2024, 17:15Hökumət Şuşanın İƏT-in gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq17 / 04 / 2024, 17:07Saloğlu mebel Bərdə mağazasının rəsmi açılışını etdi – FOTO-VİDEO17 / 04 / 2024, 17:02Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır17 / 04 / 2024, 16:53Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib - FOTO - VİDEO17 / 04 / 2024, 16:51“Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay17 / 04 / 2024, 16:03Hadı Rəcəbli dəfn olunub17 / 04 / 2024, 15:57Xalq Bank I rübün yekunlarını açıqladı17 / 04 / 2024, 15:54Azərbaycan Buxarestdə Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir17 / 04 / 2024, 15:33Hikmət Hacıyevdən Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması ilə bağlı AÇIQLAMA17 / 04 / 2024, 15:01Ukrayna səfirinin Azərbaycanda diplomatik missiyası başa çatır17 / 04 / 2024, 14:52Rusiya sülhməramlıları Qarabağdan çıxarılır - Kreml TƏSDİQLƏDİ - VİDEO17 / 04 / 2024, 14:26BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib17 / 04 / 2024, 14:15BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının otağı açılıb - FOTO17 / 04 / 2024, 14:08ADY ilə Avropa İttifaqı arasında Orta Dəhlizin inkişafına dair görüş keçirildi - FOTO17 / 04 / 2024, 13:59
Bütün xəbərlər