1news.az

Avqustun 21-də Məhərrəm ayı başlayacaq

7 Avqust saat 11:50 ~ 1 dəqiqəlik oxu 3710
Avqustun 21-də Məhərrəm ayı başlayacaq

Avqust ayının 21-də Azərbaycanda Məhərrəm ayı başlayacaq.

1news.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, Aşura günü avqustun 30-na təsadüf edəcək.

F.Nurullayev eyni zamanda qeyd edib ki, oktyabrın 8-də Ərbəin olacaq (40 günü).

QMİ sədrinin müavini deyib ki, avqustun 31-dək ölkədə karantin rejimi olduğuna və 5 nəfərdən artıq adamın bir yerə yığılmasına icazə yoxdur: "Hazırda Məhərrəm ayı ilə bağlı qanvermə aksiyasının necə keçirilməsi məsələsi müzakirə olunur".

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net