“Avro 2020” çempionatının rəsmi topu - “Uniforia” təqdim edilib | 1news.az | Xəbərlər
Futbol

“Avro 2020” çempionatının rəsmi topu - “Uniforia” təqdim edilib

17:18 - 07 / 11 / 2019
“Avro 2020” çempionatının rəsmi topu - “Uniforia” təqdim edilib

“Adidas” firması 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi topunun adını açıqlayıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, çempionatın topu ingiliscə “birlik” (unity) və “eyforiya” (euphoria) sözlərinin əsasında “Uniforia” adlandırılıb.

Avropa çempionatının 60 illiyini qeyd etmək məqsədilə gələn yay keçiriləcək “Avro 2020”nin final mərhələsinin matçları qitənin 12 müxtəlif ölkəsində oynanılacaq. Turnirin məhz bu yeni formatı rəsmi oyun topunun tərtibatı üçün ilham mənbəyi olub.

“Uniforia”nın tərtibatı körpülərin kəsişməsi, hüdudların qarışması, həmçinin sənət və futbolun təkrarolunmaz qarışığı ilə turniri müşayiət edəcək müxtəliflik anlayışlarını əhatə edir. Bu elementlər 2018-ci ildə start götürmüş tərtibat prosesinin başlanğıc nöqtələri idi.

“Rəsmi topun tərtibatı zamanı biz həmişə mədəniyyəti - stadionda qürurla nümayiş etdirə biləcəyimiz küçə ruhunu əks etdirməyə çalışırıq”, – deyə “Adidas”ın məhsul dizayneri Anika Mari Kenno bildirib. O deyib ki, hazırda bizim bütün şəhərlərimizdə gördüyümüz əsas xüsusiyyət bir yerə toplaşmaq və dəyişiklik üçün birləşmək ehtiyacının mövcud olmasıdır. Dünyada əsas idman tədbirlərindən biri olaraq “Avro 2020” bu cür birliyin gücünü qürurla nümayiş etdirmək, eləcə də insanları, ideyaları və yaradıcılıqları birləşdirən bir qüvvə olaraq idmanı bayrama çevirmək üçün böyük bir imkandır.

Turnirin yeni transkontinental formatının əksi olan “Uniforia”nın tərtibatı topun üstündən qalın, qara fırçayla çəkilmiş hüdudların qarışmasını və sərhədlərin kəsişməsini göstərən xətlərdən ibarətdir. Turnirin müxtəlifliyini və fərqli mədəniyyətlərin bir araya gəlməsini göstərmək məqsədilə bu geniş ştrixlər parlaq və açıq rəngli qısa xətlərlə kəsişir.

“Bu yenilikçi tədbirdə “Adidas” futbolu və ümumilikdə idmanı dünyanı bir araya gətirə biləcək amil kimi qeyd edəcək”, – deyə “Adidas”ın brend marketinqi üzrə vitse-prezidenti Florian Alt bildirib.

İyunun 12-də Romada start götürəcək “Avro 2020” həyəcanı bir ay sonra Londondakı “Uembli” stadionunda keçiriləcək final oyunu ilə başa çatacaq. Çempionatın oyunları 12 şəhərində - Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münxen, Roma və Sankt-Peterburqda keçiriləcək. Qitə çempionatının qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir matçı Bakı Olimpiya Stadionunda oynanılacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun üç qarşılaşması, iyulun 4-də isə dörddəbir final mərhələsinin bir matçı Bakıda keçiriləcək.

1news.az

Paylaş:
561

Son xəbərlər

Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15
Bütün xəbərlər