Aydın Mirzəzadə: Siyasi partiyalar dəstəyi ancaq cəmiyyətdən almalıdırlar | 1news.az | Xəbərlər
Siyasət

Aydın Mirzəzadə: Siyasi partiyalar dəstəyi ancaq cəmiyyətdən almalıdırlar

16:44 - 13 / 09 / 2019
Aydın Mirzəzadə: Siyasi partiyalar dəstəyi ancaq cəmiyyətdən almalıdırlar

İqtidarla müxalifət partiyaları arasında dilaoqun olması, görüşlərin keçirilməsi həmir zaman müsbət qarşılanıb. Bu cür görüşlərdə fikir mübadiləsi aparıla, əsas məsələlər gündəmə gətirilə bilər. Ən əsası isə ümummilli məsələlərin yalnız iqtidar deyil, bütün partiyaların əsas məsələlərindən biri olduğu bir daha gündəmə gəlir.

Bunu 1news.az-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə sentyabrın 11-də “Park İnn” hotelində “Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda iqtidar və müxalifət partiyalarının rəhbərlərinin iştirakı ilə dəyirmi masanın keçirilməsinə münasibət bildirərkən deyib.

Aydın Mirzəzadə belə görüşlərin faydalılıq əmsalının çox olduğunu diqqətə çatdırıb:

“İqtidar partiyası bir daha nümayiş etdirdi ki, cəmiyyətin bütün təbəqələrilə fikir mübadiləsinə açıqdır. Bu istiqamətdə mövzu qadağası yoxdur.  Azərbaycanda müxtəlif fikirliyin, fərqli düşüncənin fəaliyyət göstərməsi üçün iqtidar maksimum şərait yaradıb. Müxalifət partiyaları fəaliyyət göstərir, qəzetləri çıxır. Cəmiyyətdə vətəndaşların hüquq və azadlıqları qorunur.  Seçkilərdə hər bir partiya iştirak edərək potensialını göstərir.

Vaxtaşırı partiyaların dəyirmi masa arxasına yığışaraq fikir mübadiləsi etmək təklifləri səslənir.  Bu təklifə iqtidar müsbət yanaşdı və ona uyğun olaraq bu gün görüş keçirildi. Hesab edirəm ki, belə görüşlərin vaxtaşırı keçirilməsi ümumilikdə siyasi proseslərə müsbət təsir edən məsələdir. İqtidar bir daha sübut etdi ki, üzərinə düşən məsuliyyət yükünü həmişə daşımağa hazırdır”.

Görüşdə Azərbaycanı sevməyən bəzi xarici dairələrin ölkəmizdəki siyasi proseslərə müdaxiləsinə dair geniş müzakirələr aparılmasına diqqət çəkən millət vəkili bildirib ki, xaricdən Azərbaycana qarşı aparılan istənilən zərərli təsir yolverilməzdir:

“Çox təəssüf ki, vaxtaşırı, eləcə də seçkilər zamanı xaricdəki müəyyən dairələr Azərbaycandakı müəyyən siyasi qruplar vasitəsilə daxili siyasətə təsir etməyə, özlərinin simpatiya etdiyi siyasi qüvvələrin qələbə qazanmasına çalışırlar. Bütün bunlar yolverilməzdir. İstənilən halda siyasi partiyalar dəstəyi ancaq və ancaq daxili resurslardan, cəmiyyətdən almalıdırlar. Bu məsələlərin müzakirəyə çıxarılması bir daha göstərdi ki, Azərbaycan daxili və xarici siyasətini özü müəyyənləşdirməyə qadirdir və bu məsələdə kifayət qədər təcrübəsi var”.

Bu cür görüşlərin keçirilməsinin Azərbaycana xarici təsirlərin azalmasındakı roluna gəlincə, A.Mirzəzadə görüşdə bu məsələ ilə bağlı yekdil qərara gəlindiyini söyləyib:

“Eyni zamanda xaricdəki müəyyən anti-Azərbaycançı qüvvələrə də sərt bir mesaj verildi ki, Azərbaycan cəmiyyəti ümumilikdə götürüləndə vahid cəbhə ilə xarici müdaxilənin əleyhinədir”.

A.Mirzəzadə bəzi partiya rəhbərlərinin görüşə qatılmamasını isə onların öz seçimi olduğunu bildirib:

“Əsas siyasi qüvvələr orda təmsil olunmuşdu. Kimlərinsə gəlməməsi onların müzakirə olunan məsələdən narazıçılığından xəbər verir”.

B.C.

Paylaş:
637

Son xəbərlər

Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00
Bütün xəbərlər