1news.az

Azərbaycan əlehdarlarının yalanları və faktlarla verilən cavablar

2 İyul saat 18:07 ~ 7 dəqiqəlik oxu 4190
Azərbaycan əlehdarlarının yalanları və faktlarla verilən cavablar

Prezident İlham Əliyevin Ermənistan rəhbərliyini faktlarla susdurması, tənqid etməsi bəzi dairələri narahat edir.

Bu tənqidlərdən Ermənistan tərəfinin narahat olması normaldır, çünki onlar uçuruma gedən ölkələrini yalanlarla ayaqda saxlamaq fikrindədirlər. Amma bu tənqidi özlərini Demokratik Qüvvələrin Milli Şurasını adlandıran “Milli Şuranın” və xaricdə yaşayan bəzi Azərbaycanlı fəalların səsləndirməsi bəzi məsələləri üzə çıxarır. Belə ki, “Milli Şura”nın rəhbərliyi və xaricdə yaşayan bəzi fəallar Ermənistan mətbuatının səsləndirdiyi yaydığı məlumatlar əsasında  müəyyən iddialarla çıxış etməsi onların kimlərdən sifariş etməsini göstərir. Onlar bildirirlər ki, Ermənistan hakimiyyəti haqqında Prezident İlham Əliyevin irəli sürdüyü fikirlər Azərbaycan hakimiyyətinin özünə aiddir. Onların bu arqumetlərinin nə qədər əsassız olduğunu öyrənmək üçün dünya mətbuatında Ermənistan rəhbərliyi ilə bağlı yazılan məqalələrə baxmaq kifayət edər. 

Belə ki, İtaliyanın "European Affairs" onlayn jurnalında italyan jurnalist Culiano Bifolkinin "Paşinyanın rəhbərlik etdiyi Ermənistan daxili siyasi böhran, COVID-19 təhdidi və milli iqtisadiyyatın gələcəyinə şübhələr arasında" adlı məqaləsi dərc olunub.

Müəllif qeyd edir ki, məqalədə hazırda Ermənistanda dərin siyasi böhranın hökm sürdüyü, bu ölkədə COVID-19 pandemiyası səbəbindən ağır fövqəladə vəziyyətin hökm sürdüyü və bu göstəriciyə görə də Qafqazda ən acınacaqlı vəziyyətin məhz Ermənistanda olduğu, eləcə də ölkə iqtisadiyyatının hələ də digər dövlətlərin yardımlarından və diaspor ianələrindən asılıdır. Jurnalist yazır ki, Ermənistan əhalisi N.Paşinyana ölkədə ailə/klanlar üzərində qurulmuş əvvəlki Köçəryan və Sarkisyan hakimiyyətindən fərqli bir sistem yaratmaq ümidi bəsləyirdi. Lakin cəmi 2 il sonra xalqda N.Paşinyana münasibətdə konsensus kəskin azalmış və onunla hakimiyyətin digər təmsilçiləri və siyasi partiyaların liderləri arasında ciddi ziddiyyətlər ortaya çıxmışdır.

Bu pandemiya bir daha sübut etdi ki, Ermənistan iqtisadiyyatı iflic vəziyyətdədir. Onsuz da dayanıqlı iqtisadiyyatı olmayan Ermənistan daha da çətin vəziyyətə düşdü, Ermənistan mətbuatının yazıdıqlarına istinadən deyə bilərik ki, ölkədəki böhran günü-gündən böyüyür. Azərbaycanın hökumətinin vaxtında və doğru atdığı addımlar nəticəsində pandemiyanın ölkə iqtiadiyyatına təsirləri minimuma enib.

İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində də İlham Əliyevin Paşinyana dedikləri bunun sübutudur.

Belə ki, Ermənistanın baş naziri çıxışında koronavirusla mübarizə üçün təcili ehtiyacların ödənilməsi və təsirin azaldılması məqsədilə Avropa İttifaqından 92 milyon avro həcmində yardım aldıqlarını da qeyd etdi. Azərbaycan Prezidenti isə çıxışında vurğuladı ki, ölkəmiz pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardımı ayırıb. Eyni zamanda, Azərbaycan 29 dövlətə humanitar yardım göstərib və bu işi davam etdirir. Bu, Azərbaycanla Ermənistan arasında bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də dərin uçurumun mövcudluğunu nümayiş etdirən tutarlı faktdır. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla mübarizədə nümunə ölkə adlandırır, Azərbaycanın digər ölkələrə yardımını təqdir edir, Ermənistan isə virusla mübarizə üçün sadəcə pul dilənir.

Bu danışıqlar Azərbaycan və Ermənistan iqtisadiyyatı arasında nə qədər fərqin, uçurumların mövcud olmasını göstəricisidir.

Ermənistan iqtisadiyyatına, inkişafına görə geriləsə də,  pandemiyanın koronavirus pandemiyasının sürətli artmasına görə də irəliləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan öz çıxışlarında bildirib. Paşinyan deyib ki, Ermənistan hər 1 milyon əhaliyə düşən COVID-19-a yoluxma hallarının sayına görə, dünyada liderdir. Paşinyanın bu etirafı ölkənin nə vəziyyətdə olduğunu göstərdi.

Məsələ ilə bağlı fikirlərini bildirən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru,  siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildidirib ki,hazırda İlham Əliyevin nitqində əksini tapan reallıqlar qarşısında aciz durumda qalan Ermənistan hakimiyyətinin beynəlxalq ictimaiyyətin diqqətini özündən yayındırmaq üçün əsassız iddiaları və nə qədər təəccüblü də  olsa  onlara Azərbaycanın antimilli  ünsürləri  tərəfindən verilən dəstək diqqət çəkir.

“Təbliğatı yalana əsaslanan, ən əsası özünə saxta tarix yazıb bu günə qədər dünyanı yalanlarına inandırmaq üçün dəridən-qabıqdan çıxan işğalçı  bir dövlətə beynəlxalq dəstək uzunömürlü ola bilməz. Çünki  bu yolu tutlan dövlətlər  hər zaman güclü dövlətlər qarşısında əzilən olur, onların maraqlarının ifadəçisi qismində çıxış edir.  Necə ki, işğalçı Ermənistanın müstəqilliyimizin ilk illərində Azərbaycanla bağlı apardığı yalan təbliğat ayaq tutub yeriyir, dünya erməniləri “məzlum, döyülən, əzilən” xalq kimi qəbul edirdi. Azərbaycanın həmin dövrünün iqtidarının səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutması ermənilərin və erməni diasporunun fəallaşmasına meydan açmaqla yanaşı, eyni zamanda, torpaqlarımızın işğalına səbəb olmuşdur.  Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan nitqində məhz bu reallıqlara  diqqət yönəltmişdir. Bu günə qədər özlərində cəsarət tapıb həqiqəti  etiraf etmək imkanında olmayan daxili bədxahlarımız ənənələrinə sadiqlik nümayiş etdirərək  işğalçı Ermənistana dəstək olmaqla  əsl simalarını ortaya qoyur, ictimaiyyətdə bir illik hakimiyyətləri dövründə  əməllərinə görə yaratdıqları   qınağı daha da dərinləşdirirlər. Amma unudurlar ki,  zaman hakim, tarix isə yaddaşdır”.

V.Rəhimzadə qeyd edib ki,   istər Ermənistan hakimiyyətinin, istərsə də onların Azərbaycandakı  dəstəkçilərinin, “Milli şura”çıların  dövlətimizin başçısının söylədiyi fikirlərin guya ölkəmizə  aid olması  kimi  əsassız, gülünc doğuran iddialarına gəlincə, bu gün işğalçı dövlət  heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil:

“İqtisadi böhran içəriçində çabalayan Ermənistan hazırda  koronavirus pandemiyasının ən ağır nəticələrini yaşamaqdadır. Azərbaycanın iqtisadi  imkanları əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımlara yol açdı.
Azərbaycan ilə Ermənistanın sosial-iqtisadi inkişafı, regional və dünya siyasətində rolu və yeri  arasında aydın görünən kəskin fərqləri geniş  təhlil etməyə ehtiyac yoxdur. Təkcə pandemiya dövründə Azərbaycan dövlətinin istər daxildə, istərsə də beynəlxalq çərçivədə əməkdaşlığa, birliyə, həmrəyliyə verdiyi töhfələrə diqqət yetirmək kifayətdir.  Türk Şurasının, Qoşulmama Hərəkatının videoformatda  konfranslarının keçirilməsi təşəbbüsü ilə çıxış edib bunu əməli fəaliyyətində təsdiqləyən Azərbaycan  növbəti  uğuru  ilə diqqət çəkir. Belə ki, 130 ölkə dövlətimizin başçısı İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədi. Yenə də bu təşəbbüsün əleyhinə çıxan, ona  dəstək verməyən işğalçı Ermənistan oldu. Bu da başadüşülən idi.  Səylərin birləşdirilməsi fonunda hər bir ölkə malik olduğu təcrübəni ortaya qoymalı, ümumi yanaşmanı dəstəkləməlidir. İşğalçı Ermənistan pandemiyanın ən ağır nəticələrini yaşayırsa, yoluxma sayına görə dünyada liderliyi ələ alırsa,  bu halda  baş nazir  Nikol Paşinyan hansı   təcrübədən, qabaqlayıcı tədbirin görülməsindən bəhs edə bilər?  Nikol Paşinyan bu məsələdə də aciz vəziyyətə düşdüyündən çıxış yolunu  təşəbbüsü  “bəyənməməkdə” gördü. Amma unutdu ki bu, çıxış yolu yox,  acizliyin, zəifliyin, bir dövlət olaraq  inkişaf modelinə malik olmamağın, hər zaman olduğu kimi, bu məsələdə də digər dövlətlərdən asılılığın göstəricisidir. Belə olan təqdirdə dövlətimizin başçısı İlham Əliyevin Ermənistan hakimiyyətinin ünvanına söylədiyi fikirlər  Azərbaycana necə  aid edilə bilər?”

Baş redaktor qeyd edib ki, ən əsası pandemiya Azərbaycanın yenilkçi, innovasiyalar sahəsində böyük irəliləyişlərə malik olan ölkə olduğunu nümayiş etdirdi:

"Bu baxımdan ki, koronavirus pandemiyası insanların sağlamlığına təhdid, iqtisadiyyata böyük zərbə olmaqla yanaşı, yeni texnologiyaların, müasir idarəçiliyin  tətbiqinin önəmini açıqladı. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə “COVID-19-a qarşı birlikdəyik” devizi altında Türk Şurasının, həmçinin Qoşulmama Hərəkatının Zirvə görüşləri keçirildi.   Bu müddət ərzində Prezident İlham Əliyevlə  Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti arasında, eyni zamanda,   Asiya İnkişaf Bankının, “Signify” və CISCO şirkətlərinin təşəbbüsü əsasında  bu qurumların rəhbərləri ilə  dövlətimizin başçısı arasında  videoformat şəklində  konfranslar keçirildi. Bütün bu addımlar ölkəmizin yeni texnologiyaların inkişafı və tətbiqi sahəsində  əldə etdiyi təcrübələrin aydın mənzərəsini yaradır”

1news.az

 

 

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net