Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu və Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə "Afad Qurbanov və ümumi dilçilik" kitabının geniş təqdimatı keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu və Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə "Afad Qurbanov və ümumi dilçilik" kitabının geniş təqdimatı keçirilib

18:32 - 19 / 04 / 2019
Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu və Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə "Afad Qurbanov və ümumi dilçilik" kitabının geniş təqdimatı keçirilib

Bu gün Nəsimi adına Dilçilik Institutu və Nizami Gəncəvi adına Ədəbiyyat Institutunun birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli dilçi alimi, türkoloq və ictimai xadim, müasir Azərbaycan Əlifbasının müəllifi və Onomastika Elmi Məktəbinin banisi, Əməkdar elm xadimi, Dövlər mükafatı laureatı, beynəlxalq və milli akademiyaların akademiki Afad Qurbanovun anadan olmasının 90 illik yubileyi ilə əlaqədar olaraq tədbir keçirilmişdir.

Tədbir zamanı Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru, dosent Nəriman Seyidəliyevin Azərbaycanın tanınmış alimi, elm təşkilatçısı Afad Qurbanova həsr etdiyi “Afad Qurbanov və ümumi dilçilik” monoqrafiyasının təqdimatı keçirilmişdir.

Tədbirdə AMEA-nın Dilçilik İnstitutu, Ədəbiyyat İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və digər elm və təhsil müəssisələrinin alimləri iştirak etmişlər.

Təqdimatı giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Vitse prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibəbyli açıq elan edərək görkəmli dilçi-alim Afad Qurbanovun həyat və yaradıcılığından, onun zəngin elmi və pedaqoji fəaliyyətindən danışdı, dilçiliyin inkişafında mühüm xidmətləri olduğunu qeyd etdi. Bildirdi ki, adı Azərbaycan dilçiliyinin korifeyləri ilə bir sırada çəkilən, sovet və ölkəmizin müstəqillik dövründə türk və Avropa dilçiləri tərəfindən orijinal elmi konsepsiyalar müəllifi kimi rəğbətlə qəbul edilən, Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədr müavini, milli və beynəlxalq akademiyaların akademiki, Azərbaycan dilçiliyində ononalogiya və ümumi dilçilik sahələrində elmi məktəbin banisi olan Afad Qurbanov Azərbaycan Milli Elmlər Akademiyasının üzvü kimi elmi yaradıcılıq fəaliyyətini Elmlər Akademiyası ilə daim sıx əlaqəli aparmaqla dilçilik elminin inkişaf etdirilməsində öz səylərini əsirgəməmişdir.

Təqdimat mərasimində Dilçilik İnstitutunun direktoru akademik Mövsüm Nağısoylu çıxış edərək qeyd etmişdir ki, akademik Afad Qurbanovun Azərbaycan Milli Elmlər Akademiyasının inkişaf tarixində saysız xidmətləri olmuşdur. 40 ilə yaxın müddət ərzində Afad Qurbanov bu elm müəssisəsi üçün tarixi işlər görmüş və bir çox komissiya və müdafiə şuralarının üzvü ya sədri olmuşdur.

Eyni zamanda, A.Qurbanov 1984-1989-cu illərdə SSRİ Elmlər Akademiyası Sovet Türkoloqları Komitəsinin üzvü, Türk onomastikası bölməsi bürosunun üzvü, Tədris-metodiki bölməsinin rəhbəri, sonradan həmin Komitənin sədr müavini vəzifələrində çalışmış və elmi təşkilatçılığını bütün sovet məkanında da göstərmişdir.

Kitabın təqdimatını edən Azərbaycan Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov çıxış edərək qeyd etmişdir ki, akademik Afad Qurbanovun elmi fəaliyyəti çox geniş diapazona sahib alimlərimizdəndir. O vurğuladı ki, 70-ci illərdə dilçiliyin bu sahəsi öz layiq olduğu səviyyə qalxmamış və kitablar çox qəliz dildə yazılaraq ümumi dilçilik sahələrini tam əhatə etməmişdir. Lakin Afad Qurbanov bu sahədə müxtəlif kitab və dərsliklər yazmışdır. Məsələn (“Ümumi dilçilik məsələləri” dərs vəsaiti (1972), “Dilçiliyin sistemi”, “Dilçiliyin tarixi” əsərləri (1976), “Ümumi dilçilik” dərsliyi (1977) və onun 1977-ci ildə çap olunmuş şah əsəri “Ümumi dilçilik” adlı dərsliyi Azərbaycanın pedaqoji təhsil müəssisələri üçün milli zəmində yazılmış ilk dərslik kimi çox böyük əhəmiyyətə malikdir.

“Ümumi dilçilik” əsərində dünya dilçiliyinə və türk dillərinin mövqeyinə dair yeni elmi konsepsiyalar irəli sürüldüyündən bu kitab türk, rus və ingilis dillərinə tərcümə olunaraq üç cilddə çap edilmiş və xarici dilçi alimlərin, o cümlədən geniş oxucu kütləsinin böyük marağına səbəb olmuşdur.

Monoqrafiyaya nəzər salsaq görərik ki, Azərbaycanda ümumi dilçilik sahəsinin inkişafı və onun layiqi səviyyə qalxması Afad Qurbanovla bağlıdır, çünki Afad Qurbanov ümumi dilçilik sahəsində əldə etdiyi elmi nailiyyətləri, əsasını qoyduğu ümumi dilçilik elmi məktəbi ilə Azərbaycan dilçiliyi ilə yanaşı, dünya dilçiliyinin və türkoloji dilçiliyin inkişafına öz tarixi töhfəsini vermişdir. Onun yazdığı “Ümumi dilçilik” əsəri bu gündə ali təhsil müəssisələrində yeganə dərs vəsaiti olaraq istifadə olunmaqdadır.

Bununla yanaşı, AMEA-nın Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri filologiya elmləri doktoru Sevinc Əliyeva söz alaraq, akademik Afad Qurbanovun Azərbaycan dilçilik elminin inkişafında öz xüsusi dəsti-xətti, elmi konsepsiya malik olan əsl dilçilik alim olduğunu qeyd etmişdir.

Daha sonra kitabın müəllifi Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru, dosent Nəriman Seyidəliyev, Slavyan Universitetinin Tərcümə fakültəsinin dekanı professor Fidan Afad qızı Qurbanova və başqa alimlər çıxış etmişlər.

Paylaş:
831

Son xəbərlər

Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31
Bütün xəbərlər